"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi Corc Rassel oldu

1-07-2024, 10:34           
"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi Corc Rassel oldu
"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi "Mersedes" komandasının pilotu Corc Rassel olub.

Böyük britaniyalı pilotun qələbəsi "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Lando Norrisin idarə etdiyi avtomobillərin toqquşmasından sonra rəsmiləşib.

"Spilberq" trasında baş tutan yarışın yekun nəticələrinə görə ikinci pilləni digər "Maklaren" pilotu Oskar Piastri tutub. İlk "üçlüy"ü isə "Ferrari" komandasının üzvü Karlos Sayns qapayıb. Ötən gün baş tutan sıralama turunun qalibi Maks Ferstappen isə beşinci olub.

Qeyd edək ki, "Formula 1"in növbəti mərhələsi iyulun 5-dən 7-nə qədər Böyük Britaniyada keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru