"Qarabağ"ın sabiq oyunçusu karyerasına Türkiyədə davam edəcək

1-07-2024, 11:54           
"Qarabağ"ın sabiq oyunçusu karyerasına Türkiyədə davam edəcək
“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb.

Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il “Qarabağ”da oynayan Diakabi mövsümün sonunda komandadan ayrılıb.

Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda beş qol, iki assistlə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru