Azərbaycan millisi Serbiyada Avropa çempionu olub

1-07-2024, 09:24           
Azərbaycan millisi Serbiyada Avropa çempionu olub
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan komanda 160 xal toplayıb.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru