Amerika Kuboku: B qrupunda növbəti tura adlayan komandalar bəlli oldu

1-07-2024, 13:07           
Amerika Kuboku: B qrupunda növbəti tura adlayan komandalar bəlli oldu
Amerika Kubokunun qrup mərhələsində üçüncü tur görüşləri davam edir.

Oxu.Az xəbər verir ki, B qrupunda qərarlaşan komandaların görüşündə Yamayka millisi Venesuela yığması ilə, Meksika isə Ekvadorla qarşılaşıb.

Gərgin mübarizə ilə yadda qalan Meksika-Ekvador görüşündə tərəflər çox çalışsalar da, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Yamayka-Venesuela görüşü isə nominal qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolların hamısı ikinci hissədə vurulub: 1:0 - Belyo, (49`); 2:0 - Rondon (56`); 3:0 - Ramires (85`).

Qeyd edək ki, hər üç görüşdən qalib ayrılan Venesuela millisi növbəti mərhələyə lider kimi yüksəlib. Adını 1/8 finala qrup ikincisi kimi yazdıran komanda isə Ekvador seçməsi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru