AVRO-2024: Portuqaliya penaltilər seriyasında qalib gəldi VİDEO 2-07-2024, 07:55 Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.Oxu.Az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0."Frankfurt Arena" keçirilən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub.Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar. Facebook-da paylaş