"Qalatasaray" belçikalı futbolçusu ilə müqavilə müddətini uzadıb 4-07-2024, 10:04 Türkiyə Superliqasında 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən "Qalatasaray" klubu Dris Mertenslə müqavilə müddətini uzadıb."Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-qırmızılar" 37 yaşlı oyunçu ilə 1 illik sözləşmə imzalayıblar.Qeyd edək ki, belçikalı hücumçu 1 il müddətində 2 milyon 900 min avro qazanc əldə edəcək. Facebook-da paylaş