Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

4-07-2024, 10:14           
Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək
Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.

"Cebhe.info" xəbər verir ki, iyulun 20-21-də baş tutacaq yarışda hər birində 6 oyunçu olan 6 komanda iştirak edəcək.

Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq.

Komandalar hərəsində 3 kollektiv olmaqla A və B qruplarında qüvvəsini sınayacaq. İyulun 20-də start götürəcək qrup oyunlarında ilk iki yeri tutanlar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.

İlk 3 yerin sahiblərinə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakıda gerçəkləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru