"Portuqaliya daha yaxşısına layiq idi"

7-07-2024, 09:14           
"Portuqaliya daha yaxşısına layiq idi"
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2024-ün 1/4 finalında Fransaya uduzaraq (0 :0, penatilər -3:5) turnirdə mübarizəni dayandırdıqları oyundan sonra azarkeşlərə müraciət edib.

Ronaldu sosial şəbəkə hesabında yazıb:

“Biz daha çox istəyirdik. Portuqaliya daha yaxşısına layiq idi. Bizə verdiyiniz hər şeyə və bu günə qədər əldə etdiklərimizə görə sizə minnətdarıq. Əminəm ki, meydanda və meydandan kənarda bu irs hörmətlə qarşılanacaq".

Xatırladaq ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisində çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 212 matçda iştirak edib, 130 qol vurub, 47 qolun ötürməsini verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.