Amerika Kuboku: Yarımfinala yüksələn son komandalar da bəlli oldular

7-07-2024, 10:27           
Amerika Kuboku: Yarımfinala yüksələn son komandalar da bəlli oldular
Amerika Kubokunun 1/4 final mərhələsində Kolumbiya Panama ilə, Uruqvay isə Braziliya ilə üz-üzə gəlib.

Oxu.Az xəbər verir ki, ilk görüşdə Panama ilə qarşılaşan Kolumbiya rəqibini darmadağın edib.

Görüşdə hesabı səkkizinci dəqiqədə Kordoba açıb -1:0. 15-ci dəqiqədə səhnəyə çıxan Xames Rodriqez penaltini dəqiq yerinə yetirərək fərqi ikiyə yüksəldib -2:0. 43-cü dəqiqədə fərq yenidən artıb. Bu dəfə Luis Diaz dəqiq oynayıb -3:0. 70-ci dəqiqədə Riçar Rios hesab arasındakı fərqi dörd topa yüksəldib - 4:0. Görüşdə son nöqtəni isə 90+4-cü dəqiqədə Migel Borxa qoyub - 5:0.

Gecənin ən maraqlı görüşü isə Uruqvay və Braziliya komandaları arasında keçirilib. Gərgin mübarizə vəd edən görüşdə komandalar çox çalışsalar da hesab açılmayıb. Əsas və əlavə vaxtlarda qol olmadığından qalibin adına penaltilər seriyasında aydınlıq gətirilib. Burada daha dəqiq oynayan Uruqvay millisi yarımfinala yüksələn komanda olub - 4:2. Qeyd edək ki, Amerika Kubokunun final görüşü iyul ayının 15-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru