“Borussiya” Almaniya millisinin futbolçusunu transfer edib
9-07-2024, 12:45
Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni transferini reallaşdırıb. Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dortmundlular “Ştutqart”ın müdafiəçisi Valdemar Antonla anlaşıb.
27 yaşlı futbolçu ilə 2028-ci ilə qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan V.Anton AVRO-2024-ün oyunları çərçivəsində Danimarka və İspaniya yığmalarına qarşı görüşlərdə mübarizə aparıb.