Lyuis Hamilton Mixael Şumaxerin rekordunu qırdı

9-07-2024, 18:14           
Lyuis Hamilton Mixael Şumaxerin rekordunu qırdı
Yeddiqat dünya çempionu və "Mercedes" komandasının sürücüsü, britaniyalı Lyuis Hamilton "Formula-1"də Qran-pri qazandığı mövsümlərin sayına görə məşhur yarışçı Mixael Şumaxeri geridə qoyub.

Hamiltonun 16, Şumaxerin isə 15 uğurlu mövsümü var.

Xatırladaq ki, iyulun 7-də Lyuis Silverstounda keçirilən Britaniya Qran-prisinin qalibi olub. 39 yaşlı Hamilton Kimi Raykonenin 2018-ci ildəki nailiyyətini üstələyərək XXI əsrdə "Formula-1" yarışının ən yaşlı qalibi olub. O, həm də tarixdə eyni trasda doqquz dəfə qalib gələn ilk pilot adını qazanıb.

Hazırda pilotların ümumi sıralamasında 8-ci olan Hamiltonun 110 xalı var. "Mercedes" konstruktorlar çempionatında dördüncüdür. Komandanın aktivində 221 xal var.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru