İŞİD futbol qaydalarını dəyişir: Hakimlər "Allaha deyill, FİFA-nın qaydalarına tabe olduğu" üçün ləğv edilir, zədələnən futbolçu qisas almalıdır - DƏLİLİK

5-09-2016, 01:31           
İŞİD futbol qaydalarını dəyişir: Hakimlər "Allaha deyill, FİFA-nın qaydalarına tabe olduğu" üçün ləğv edilir, zədələnən futbolçu qisas almalıdır - DƏLİLİK
Terror təşkilatı "Allah əvəzinə FİFA-ya uyğun qərarlar verilməsi" səbəbi ilə futbol oyunlarında hakimləri yığışdırıb.

Radikal İslamçı terror təşkilatı İŞİD nəzarət etdiyi Suriyanın Deyr ez-Zor şəhərində keçirilən futbol oyunlarında hakimlərin "Allaha deyill, FİFA-nın qaydalarına tabe olduğu" üçün yığışdırılması qərarını alıb. Terroristlər stadionda yaralanan, ya da zədələnən futbolçuların "qisas" yolu ilə rəqiblərindən intiqam ala biləcəyi yeni qayda gətirib.

Suriya İnsan Haqları İzləmə Evinin verdiyi məlumata görə İŞİD nəzarətində saxladığı ərazilərdə keçirilən futbol yarışlarında futbol qaydalarını yenidən yazdığını açıqlayıb.

Beynəlxalq futbol qaydalarının "şəriətə uyğun olmadığını müəyyən edən qruplaşma, FİFA-ya uyğun hərəkət edən hakimlərin "Allahın böyüklüyünə xələl gətirdiyini" bildirir. Yeni qaydalara əsasən zədələnən futbolçular rəqibindən təzminat da tələb edə biləcək.pahoo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru