Qadın futbolçulardan ibarət Azərbaycan millisi məğlub olub

17-07-2024, 08:38           
Qadın futbolçulardan ibarət Azərbaycan millisi məğlub olub
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

"Report" xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə ilə qarşılaşıb.

Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan millisi 4 xalla sonuncu pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru