Dünyanın ən bahalı futbol brendləri açıqlandı

18-07-2024, 11:36           
Dünyanın ən bahalı futbol brendləri açıqlandı
İspaniyanın "Real Madrid" klubu dünyanın ən dəyərli futbol brendlərinin reytinqinə başçılıq edir.

Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, dünyanın aparıcı konsaltinq şirkəti "Brand Finance"ın reytinqinə görə, Madrid komandasının dəyəri 1.805 milyard dollara bərabərdir.

İlk üçlüyə həmçinin "Mançester Siti" (1.726 milyard dollar) və "Barselona" (1.653 milyard dollar) klubları daxil olub.

Sonrakı yerlərdə "Mançester Yunayted" (1.498 milyard dollar), "Liverpul" (1.478 milyard dollar), "Bavariya" (1.325 milyard dollar), PSJ (1.294 milyard dollar), "Arsenal" (1.067 milyard dollar), "Tottenhem" (930 milyon dollar) və "Çelsi" (897 milyon dollar) klubları qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru