Azarkeşlər “Qarabağ”ın bu hərəkətinə görə dilə gəldi – FOTOLAR

19-07-2024, 11:14           
Azarkeşlər “Qarabağ”ın bu hərəkətinə görə dilə gəldi – FOTOLAR
“Qarabağ” bu gün növbəti transferini gerçəkləşdirib. “Qarabağ”a yad olmayan, tez-tez kobud səhvləri ilə gündəmi zəbt edən Şahruddin Məhəmmədəliyev klubla 2025-ci ilin yayına qədər müqavilə imzalayıb. Bu transfer bir çox azarkeşlər tərəfindən haqlı olaraq birmənalı qarşılanmayıb. Tez-tez kobud səhvlər edərək, klubu pis vəziyyətə salan bir qapıçını niyə gətirəsən ki?

İndi çoxları deyəcək ki, Şahruddinin nə qədər seyvləri olub, bizi qollardan xilas edib. İndi burda bir məsələni aydınlaşdırmaq istəyərdim ki, qapıçının işi zatən o seyvləri etmək, qapısını toxunulmaz saxlamaq, necə deyərlər, komandanı qollardan xilas etməkdir. Məsələn buna misal olaraq “Arsenal” klubunun adını çəkə bilərəm. “Arsenal” Remsdeyli heyətinə qatdı və Remsdeyl əla mövsüm keçirdi. Amma klub keçirdiyi əla mövsümə baxmayaraq onun yerinə David Rayanı gətirdi. Səbəb isə Remsdeylin əla seyvləri olmasına və yaxşı mövsüm keçirməsinə baxmayaraq ayaqla çox da yaxşı oynamaması ilə bağlı idi. “Arsenal” bu səbəbə görə qapıçını dəyişib, məqsədinə çatmaq istəyirdi. Çünki komanda çempionluq istəyir. Fikrimcə “Qarabağ” Avroliqalarda həqiqətən daha da irəlilərə doğru getmək istəyirsə belə kobud səhvlər edən qapıçını birmənalı olaraq kluba gətirməməlidir. Bir çox azarkeşlərin kəskin etirazına baxmayaraq bu transferin edilməsi həm azarkeşləri dilə gətirib, həm də mənim fikrimcə, klubun azarkeşlərə önəm verməməsinin göstəricisidir.

Bəzi azarkeşlərin klubun sosial şəbəkədəki paylaşımlarının altına yazdığı rəylərdən bir hissəsini sizə təqdim edirik:














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.