"Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

19-07-2024, 12:54           
"Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Klubdan verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru