Koreya Futbol Assosiasiyası FİFA-ya şikayət etdi

21-07-2024, 13:04           
Koreya Futbol Assosiasiyası FİFA-ya şikayət etdi
Koreya Futbol Assosiasiyası "Vulverhempton"un hücumçusu Hvanq Hi Çanın məruz qaldığı irqçi hərəkətlərlə bağlı FİFA-ya şikayət edib.

Oxu.Az Sport Ekspress-ə istinadən xəbər verir ki, assosiasiya öz məktubunda "Komo" ilə yoldaşlıq oyunu zamanı baş vermiş insidentlə bağlı ciddi narahatlığını ifadə edib və futbol meydançasında irqçiliyin kökünün kəsilməsi üçün FİFA-dan məsul şəxslərə qarşı sanksiyaların gücləndirilməsini istəyib.

Qeyd edək ki, Cənubi Koreyalı futbolçu yoldaşlıq görüşündə onun ünvanına irqçi ifadələrlə üzləşib. Bu, komanda yoldaşlarının qəzəbli reaksiyasına səbəb olub. "Vulverhempton"un yarımmüdafiəçisi Daniel Podens münaqişə zamanı İtaliya yığmasının oyunçusunu vurub, ona görə də meydandan qovulub.

Xatırladaq ki, Hvanq Hi Çan 2021-ci ildən "Vulverhempton"da oynayır. O, 2016-cı ildən Koreya millisində çıxış edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.