Azərbaycan bu dünya çempionatını keçirməkdən imtina etdi

25-07-2024, 12:49           
Azərbaycan bu dünya çempionatını keçirməkdən imtina etdi
Azərbaycan hərbçilər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməkdən imtina edib. Prosport.Az-ın xəbərinə görə, iyulun 20-də “deadline” bitib.

Gənclər və İdman Nazirliyindən Beynəlxalq Hərbi İdman Şurasına (CISM) 2025-ci ildə bu yarışı keçirə bilməyəcəkləri bildirilib. Buna səbəb 2025-ci ildə ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsidir.

Qeyd edək ki, hərbçilər arasında futbol üzrə ilk dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru