Sərdar Azmunun yeni klubu bilindi – SON DURUM

26-07-2024, 08:34           
Sərdar Azmunun yeni klubu bilindi – SON DURUM
“Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə yaxındır.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Xəbərə görə, o, “Şabab Əl-Əhli” klubuna keçməyə razılıq verib.

“Əczaçılar”ın 29 yaşlı iranlıya görə 5 milyon avro təzminat alacağı bildirilir. Sərdar gələn bazar ertəsi yeni komandasında tibbi müayinədən keçəcək.

Qeyd edək ki, Sərdar ötən mövsümü icarə əsasında “Roma”da keçirib. Bununla belə, hücumçu İtaliyada uğurlu il keçirməyib: o, A seriyasında 20-dən çox matçda cəmi 3 dəfə fərqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru