Parisdəki Olimpiya kəndində idmançılara yemək çatışmır

26-07-2024, 18:14           
Parisdəki Olimpiya kəndində idmançılara yemək çatışmır
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
İdmançılar Parisin Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər.
Bu barədə "L'Équipe" yazıb.
Bəzi yarış iştirakçıları deyirlər ki, əsas restoranda bəzi ərzaq ehtiyatları çox ləng bərpa edilir. Məsələn, səhər yeməyində yumurta çatışmazlığını qeyd olunub.
Hazırda yeməyin təşkili üçün cavabdeh olan şirkət problemi həll etməyə çalışır.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bundan əvvəl Sent-Etyen şəhərindəki stadionda Argentina və Mərakeş milli komandaları arasında Olimpiya Oyunlarının qrup mərhələsinin futbol matçının qalmaqalla keçdiyi bildirilib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçirilən Olimpiya Oyunlarını Rusiya ərazisində yayımlamağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.