Klublarımız avrokuboklarda vuruşur: - Millimizin baş məşqçisi də çimərlikdə dincəlir

26-07-2024, 12:14           
Klublarımız avrokuboklarda vuruşur: -
Ötən gün Azərbaycanın 3 təmsilçisi UEFA Konfrans Liqasında mübarizəyə qoşuldu. Klublarımızdan "Sabah" və "Zirə" böyük hesablı qələbə qazandı.

"Bayquşlar" "Makkabi Hayfa"ya 3, "Zirə" isə "DAK 1904"-ə 4 cavabsız qolla qalib gəldi. Yalnız "Sumqayıt" Macarıstan təmsilçisi "Ferehvar"a 1:2 hesabı ilə uduzdu.

"Sabah"ın və "Zirə"nin möhtəşəm qələbələri Azərbaycan futbol ictimaiyyətində böyük səs-küyə səbəb oldu. Komandalarımızın uğurlu çıxışı sosial şəbəkələrdə də gündəmə gəldi.

Üstəlik, klublarımızın heyətində azərbaycanlı futbolçular da fərqləndilər. Belə anda Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş yada düşür. Görəsən portuqaliyalı məşqçi klublarımızdan hansının oyununu izləyib? Bu sualla AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik.

Federasiya rəsmisi Publika.az-a açıqlamasında Santuşun hazırda Azərbaycanda olmadığını, iyulun 28-də birdəfəlik ölkəmizə köçəcəyini və həmin tarixdən tam şəkildə Bakıda yaşayacağını bildirib.

Yəqin ki, klublarımız meydanda vuruşarkən, Santuş da Portuqaliya çimərliklərində dincəlirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru