Taleh Ziyadovun “milliləşdirdiyi” Keişa görün kim imiş?

28-07-2024, 00:13           
Taleh Ziyadovun “milliləşdirdiyi” Keişa görün kim imiş?
Xəbər verdiyimiz kimi, Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında qrup mərhələsindəki ilk oyununda He Bin Çzyao (Çin) ilə üz-üzə gəlib və təmsilçimizin məğlub olub – 0:2 (8:21, 7:21).

Bəs ​​​​Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun bəh-bəhlə “milliləşdirdiyi”, onminlərlə pul tökub gətirdiyi Keişa Fatimə Zəhra (Keisha Fatimah Azzahra) kimdir?

Keişa Fatimə Zəhra İndoneziyanın Pekanbaru şəhərində anadan olub.

2023-cü ildən Azərbaycan badminton yığmasında “milliləşdirilmə”si üçün Azərbaycan vətəndaşlığı və pasportu alıb.

Verilən məlumatda iddia olunur ki, idmançı hazırda ikili vətəndaşlığı var. Həm öz ölkəsinin, həm də Azərbaycanın pasportunu üzərində gəzdirir. Qeyd edək ki, 20 yaşlı badmintonçu sol əllə oynayır.


Xatırladaq ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorudur.32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru