Rusiya millisinin yoldaşlıq görüşlərində əldə etdiyi xallar FIFA reytinqinə daxil ediləcək

20-08-2024, 12:25           
Rusiya millisinin sentyabrda Tailand və Vyetnam seçmələri ilə yoldaşlıq oyunları Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinqlərinə daxil ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

Yoldaşlıq turnirinin oyunları Vyetnamın paytaxtı Hanoyda, "My Dinh Milli Stadionu"nda keçiriləcək. Rusiyanın Vyetnamla oyunu sentyabrın 5-də, Tailandla isə sentyabrın 7-də baş tutacaq.

Qeyd edək ki, 2022-ci ildə Rusiya millisi FIFA və UEFA-nın qərarı ilə Ukraynadakı vəziyyətlə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru