Şotlandiya I dəstəsində dünya futbolunda nadir görünən hadisələrdən biri baş verib.
Qaynarinfo.Az-ın məlumatına görə, V turda keçirilən "Danfermlayn" - "Dandi Yunayted" matçında meydan sahiblərinin 29 yaşlı qapıçısı Kammi Bell inanılmaz oyunu ilə yadda qalıb.
O, I hissədə 23 dəqiqəyə 3 penalti zərbəsini dəf edib. Bununla da Bell komandasının səfərdə 3:1 hesablı qələbə qazanmasında əsas pay sahibi olub. [media=https://www.youtube.com/watch?v=cioE_vsXJJg]