Qurban Qurbanov: "Buraxdığımız üçüncü qol artıq oldu"

21-08-2024, 08:49           
Qurban Qurbanov: "Buraxdığımız üçüncü qol artıq oldu"
"Buraxdığımız üçüncü qol artıq oldu".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:

"Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Rəqib komandanın gücünü bilirdik. Baxmayaraq ki, oyuna pis hazırlaşmamışdıq. Hesabda geridə olmağımıza baxmayaraq futbolçularım çəkinmədən mübarizə apardılar. Bu, mənim çox xoşuma gəldi. Buraxdığımız üçüncü qol artıq oldu. Lakin 3:0 qalib gəliblərsa, deməli bunu haqq ediblər. "Dinamo"nu qələbə münasibətilə təbrik edirəm. Bu görüşün cavab oyunu var. Baxmayaraq ki, heyətdəki itkilərimiz davam edir. Bu hal bizə problem yarada bilər. İstənilən halda cavab matçına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyunu göstərmək istəyirik. İlk matçda buraxdığımız səhvləri cavab görüşündə düzəltməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru