Sadio Mane komandasını dəyişə bilər

21-08-2024, 12:18           
Sadio Mane komandasını dəyişə bilər
"Ən-Nəsr"in hücumçusu Sadio Mane tezliklə klubu tərk edə bilər.

Oxu.Az Goal.com-a istinadla xəbər verir ki, seneqallı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Əl-İttihad"a keçə bilər.

Mane ötən ilin avqustunda "Bayern"lə yollarını ayırdıqdan sonra Səudiyyə Ərəbistanına köçüb və indi yenidən komandasını dəyişməyi düşünür.

32 yaşlı forvardın "Ən-Nəsr"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.