Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb

22-08-2024, 10:02           
Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb
Səudiyyə Ərəbistanının “Al-Nasr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “YouTube” platformasında abunəçilərin sayına görə bir neçə rekorda imza atıb.

APA xəbər verir ki, portuqaliyalının hesabı ilk saatda abunəçilərin sayına görə rekord vurub, bir saat ərzində idmançının hesabına 1 milyon 270 min nəfər abunə olub.

Futbolçu gündəlik abunəçi sayına görə də ən yaxşı nailiyyətə sahibdir (4 milyon 420 min nəfər).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.