İngiltərə millisinin sabiq baş məşqçisi UEFA-da çalışacaq

23-08-2024, 10:44           
İngiltərə millisinin sabiq baş məşqçisi UEFA-da çalışacaq
AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olan İngiltərə millisinin sabiq baş məşqçisi Qaret Sautqeyt UEFA-da çalışacaq.

"Mirror" xəbər verir ki, mütəxəssis qurumun Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olmağa razılaşıb.

Texniki müşahidəçilər yeni tendensiyaları sınamaq və aşkar etmək üçün oyunları təhlil edirlər. Onlara müşahidələr aparmağa kömək məqsədilə ən müasir vizuallaşdırma alətlərinə və məlumatlara çıxış imkanı verilir.

Qeyd edək ki, Q.Sautqeyt daha əvvəl də UEFA ilə əməkdaşlıq edib. Mütəxəssis AVRO-2024-ün final matçından sonra İngiltərə millisindəki vəzifəsindən istefa vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru