“Çelsi”nin qapıçısı karyerasını başqa klubda davam etdirə bilər

24-08-2024, 13:05           
“Çelsi”nin qapıçısı karyerasını başqa klubda davam etdirə bilər
İngiltərənin “Çelsi” klubunun qapıçısı Kepa Arrisabalaqa karyerasını başqa komandada davam etdirə bilər.

Gununsesi.info “The Athletic”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bornmut” 29 yaşlı ispaniyalı qolkiperi icarə əsasında heyətinə qatmağı düşünür.

Hər iki klub Kepa ilə bağlı danışıqlara başlayıb.

Qeyd edək ki, əlcək sahibinin “zadəganlar”la müqaviləsi 2025-ci ildə başa çatacaq. O, ötən mövsüm “Real”da (Madrid, İspaniya) icarə əsasında çıxış edib və 20 matçda 18 qol buraxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru