"Qəbələ"dən transfer bombası: Lauren Mendi ilə müqavilə imzalandı
24-08-2024, 09:22
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" heyətinə daha bir futbolçu əlavə edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, "qırmızı-qaralar" Lauren Mendinin transferini rəsmiləşdirib.
25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Seneqallı futbolçu bundan əvvəl Belçikanın "Antverpen", Lüksemburqun "Düdelanj", Fransanın "Rasinq Besançon", Çinin "Jianqxi Luşan" klublarında çıxış edib.