Almaniya Bundesliqası: "Bayer" "Borussiya" üzərində qələbə qazandı

24-08-2024, 12:27           
Almaniya Bundesliqasında 1-ci turun "Borussiya" (Münhenqladbax) və Leverkuzenin "Bayer" komandaları arasındakı qarşılaşma başa çatıb.

Oxu.Az xəbər verir ki, oyun Münhenqladbaxdakı "Borussiya-Park" stadionunda keçirilib. Görüşün baş hakimi Robert Şröder olub. Matç 3:2 hesabı ilə "Bayer"in xeyrinə bitib.

Məlumata görə, 12-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Qranit Caka hesabı açıb. 38-ci dəqiqədə "Bayer"dən hücumçu Florian Virtz hesabdakı fərqi artırıb. 59-cu dəqiqədə müdafiəçi Niko Elvedi "Borussiya"nı irəli aparıb. Matçın 85-ci dəqiqəsində "Borussiya"nın hücumçusu Tim Klyayndinst hesabı bərabərləşdirib. Lakin 90+11-ci dəqiqədə Virtz dubla imza atıb.

Ötən mövsümün sonunda "Bayer" 34 oyunda 90 xal toplayaraq Almaniya çempionu olub. "Borussiya" isə 34 xal toplayaraq 14-cü yerdə qalıb.

Ötən Bundesliqanın ilk turunda "Bayer" Münhenqladbax komandasını 3:0 hesabı ilə məğlub edib. İkinci dövrədə komandalar heç-heçə oynayıblar (0:0).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru