İspaniya çempionatı: "Vilyarreal" "Sevilya"ya qarşı gözlənilməz qələbə qazandı

24-08-2024, 12:48           
İspaniya çempionatı: "Vilyarreal" "Sevilya"ya qarşı gözlənilməz qələbə qazandı
Futbol üzrə İspaniya çempionatının ikinci tur matçında "Vilyarreal" "Sevilya"ya qalib gəlib.

Oxu.Az xəbər verir ki, Sevilyadakı görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Dodi Lukebakio "Sevilya"nın qolunu vurub (45-ci dəqiqə). Qonaqlar isə əlavə vaxtda Arno Danjuma (88) və Ayose Peres (90) ilə fərqləniblər.

Qeyd edək ki, "Vilyarreal" iki matçdan dörd xal toplayıb, "Sevilya" isə bir xal qazanıb.

Xatırladaq ki, növbəti mərhələdə "Sevilya" avqustun 27-də səfərdə "Malyorka" ilə qarşılaşacaq. "Vilyarreal" isə bir gün əvvəl doğma meydanda "Selta" ilə oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru