Niderland Qran-prisinin təsnifat mərhələsi keçirilib

25-08-2024, 10:34           
Niderland Qran-prisinin təsnifat mərhələsi keçirilib
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris “Formula-1” çempionatının 15-ci mərhələsinin – Niderland Qran-prisinin təsnifatının qalibi olub.
TASS xəbər verir ki, yarış Zandvortdakı arenada keçirilir.

İkinci yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub. Üçüncü isə Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri olub.

Əsas yarış avqustun 25-də baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.