Zelenski azərbaycanlı idmançını mükafatlandırdı

25-08-2024, 10:24           
Zelenski azərbaycanlı idmançını mükafatlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının qalibləri və medalçılarını, eləcə də onların məşqçilərini dövlət mükafatları ilə təltif edib.

Ukrayna mediası xəbər verir ki, bu, ölkənin Müstəqillik Gününün 33-cü ildönümündə keçirilən olimpiyaçılarla görüş zamanı baş verib.

Mükafatçıların siyahısına azərbaycanlı Pərviz Nəsibov da daxil olub.

Güləşçi 2-ci dərəcəli "Xidmətə görə" ordeni ilə təltif edilib.

Xatırladaq ki, Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru