Çalhanoğlunun qolu "İnter"ə qələbə qazandırdı

25-08-2024, 11:08           
Çalhanoğlunun qolu "İnter"ə qələbə qazandırdı
İtaliya A Seriyasında ikinci turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, son çempion "İnter" doğma meydanda "Leççe"ni sınağa çəkib.

Ev sahibləri iki cavabsız qolla qonaqları məyus ediblər.

5-ci dəqiqədə Darmian hesabı açıb. 69-ci dəqiqədə isə Çalhanoğlu penaltıni dəqiq yerinə yetirməklə fərqi artırıb. O, həm də matçda yekun hesabı müəyyənləşdirib - 2:0.

Hazırda "İnter" hesabında 4 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb. Heç bir xalı olmayan "Leççe" isə sonuncu 20-ci pillədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru