Messinin illik qazancı bir milyard avroya çata bilər

27-08-2024, 15:34           
Messinin illik qazancı bir milyard avroya çata bilər
Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messinin illik qazancı bir milyard avroya çata bilər.

Oxu.Az "Fanzword"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçuya yenidən təklif göndərib.

Məlumata görə, 37 yaşlı futbolçu təklifi qəbul edərsə, bonuslarla birlikdə illik qazancı bir milyard avro ola bilər. "Əl-Hilal" klubu ötən yay argentinalı hücumçuya həftəlik 15-20 milyon avroluq təklif göndərmişdi.

Qeyd edək ki, futbolçu 2023-cü ildə PSJ-dən "İnter Mayami"yə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru