"Yanq Boyz"a məğlub olan "Qalatasaray" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

28-08-2024, 11:38           
"Yanq Boyz"a məğlub olan "Qalatasaray" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları çərçivəsində Türkiyə təmsilçisi "Qalatasaray" İsveçrənin "Yanq Boyz" komandasını qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri rəqibləri ilə bacarmayıb - 0:1.

Matçın 88-ci dəqiqəsində Alan Vircinius fərqlənib.

Bununla da "Qalatasaray" Çempionlar Liqasında mübarizəsini dayandırıb.

Xatırladaq ki, cütlüyün birinci oyununda isveçrəlilər 3:2 hesabı ilə qalib gəlmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru