UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb"ə qarşı

28-08-2024, 18:24           
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo Zaqreb"ə qarşı
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçiriləcək. Təmsilçimiz "Qarabağ" doğma meydanda "Dinamo Zaqreb"i qəbul edəcək.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Böyük maraqla gözlənilən qarşılaşmanı Maykl Oliverin başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" "Dinamo Zaqreb"lə səfər matçında 0:3 hesabı ilə məğlub olub.

28 avqust

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

"Qarabağ" - "Dinamo Zaqreb"

Saat 20:45, Tofiq Bəhramov adına Respublika stadionu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru