Ronaldodan Zidanla bağlı - Müraciət

28-08-2024, 11:27           
Ronaldodan Zidanla bağlı - Müraciət
“Əl-Nəsr”in hücumçusu, ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubunun rəhbərliyinə Zinəddin Zidanın komandanın baş məşqçisi təyin edilməsi ilə bağlı müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.

Mənbə bildirir ki, futbolçu komandada baş məşqçi ilə bağlı problemlərin olduğunu düşünür. Onun fikrincə, bu posta ən yaxşı namizəd “Real”da rəhbərliyi altında ardıcıl üç dəfə Çempionlar Liqasını qazanan Zidandır.

Xatırladaq ki, “Əl-Nəsr”ə 62 yaşlı portuqaliyalı mütəxəssis Luis Kastronu istefaya göndərib. Komanda yeni mövsümün əvvəlində Superkubok matçında “Əl-Hilal”a böyük hesabla uduzub (1:4).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru