Lebron Ceyms oğluna meydançada ona "ata" deməyi qadağan edib

29-08-2024, 17:08           
Lebron Ceyms oğluna meydançada ona "ata" deməyi qadağan edib
Dördqat NBA çempionu Lebron Ceyms, oğlu Bronniyə məşqlər və matçlar zamanı ona "ata" deməyi qadağan edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı "TMZ" Ceymsdən sitat gətirib.

39 yaşlı Lebron və 19 yaşlı Bronni gələn mövsüm "Los Anceles Leykers"də birlikdə oynayacaqlar.

"O, iş yerində mənə "ata" deyə bilməz. Bronni "Ata, mən açığam", - deyə qışqıra bilməz. Stadionu tərk etdikdən sonra yenidən "ata" ola bilərəm", - Lebron bildirib.

Qeyd edək ki, 2018-ci ildən "Leykers"də çıxış edən Lebron Ceyms tarixin ən yaxşı basketbolçularından biri hesab olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru