Serxio Ramos Səudiyyə Ərəbistanı klubu ilə razılaşdı 30-08-2024, 10:19 İspaniyalı futbolçu Serxio Ramos Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubu ilə razılaşıb.Oxu.Az xəbər verir ki, 38 yaşlı müdafiəçi "Əl-Oruba" klubu ilə danışıqları yekunlaşdırıb.Serxio Ramosun razılaşdığı komanda ötən mövsümün sonunda yüksək liqaya yüksəlib.Qeyd edək ki, "Əl-Oruba" bu mövsüm keçirdiyi hər iki matçda 1:4 hesablı məğlubiyyətlə üzləşib.Ramos uzun müddət Avropada çıxış etdikdən sonra indi özünü Yaxın Şərqdə sınayacaq. Facebook-da paylaş