UEFA Millətlər Liqası: Fransa yığması İtaliya sınağından məğlub çıxdı

7-09-2024, 10:38           
UEFA Millətlər Liqası: Fransa yığması İtaliya sınağından məğlub çıxdı
Fransa və İtaliya millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun oyunu başa çatıb.

Oyun Parisdəki "Park de Prens" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Sandro Şerer (İsveçrə) çıxış edib. Matç 1:3 hesabı ilə İtaliya yığmasının xeyrinə başa çatıb.

İlk dəqiqədə fransalı hücumçu Bredli Barkola hesabı açıb. 30-cu dəqiqədə İtaliyanın müdafiəçisi Federiko Dimarko qapının sağ küncünə dəqiq zərbə endirib. Daha sonra 51-ci dəqiqədə Davide Frattezi fərqlənib. Cakomo Raspadori isə 74-cü dəqiqədə qol vuraraq italyanların qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının keçənilki qalibi İspaniya millisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru