Holandın yeni müqaviləsində xüsusi "Real Madrid" bəndi

8-09-2024, 15:24           
Holandın yeni müqaviləsində xüsusi "Real Madrid" bəndi
"Mançester Siti" 24 yaşlı hücumçu Erlinq Holand ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaq üzərində işləyir.
Norveçli futbolçunun tərəfi yeni əmək müqaviləsində "Real Madrid"lə bağlı xüsusi bəndin əlavə edilməsini israr edir. Buna uyğun olaraq, əgər Holandın "Real"a keçid imkanı yaranarsa, "Siti" onu buraxacaq və əmək münasibətlərinə xitam verəcək.

Qeyd edək ki, Holand 2022-ci ilin yayından "Siti"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 102 matçda iştirak edib, 97 qol vurub, 14 məhsuldar ötürmə edib. Bu mövsüm 24 yaşlı futbolçu Premyer Liqada 3 oyun keçirib və 7 qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.
championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru