ABŞ Açıq çempionatını ilk dəfə belaruslu tennisçi qazandı

8-09-2024, 17:04           
ABŞ Açıq çempionatını ilk dəfə belaruslu tennisçi qazandı
Belaruslu tennisçi Arina Sobolenko ABŞ Açıq çempionatının final matçında ABŞ-li Cessika Pequlanı məğlub edib.

Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, yarış Nyu Yorkda keçirilib.

Görüş 7:5, 7:5 hesabı ilə turnirdə ikinci nömrə ilə çıxış edən Sobolenkonun xeyrinə başa çatıb. Pequla yarışda altıncı nömrə altında iştirak edib.

Qeyd edək ki, Sobolenkonun 26 yaşı var. O, dünyanın ikinci raketkasıdır və indiyədək Qadın Tennis Assosiasiyasının (WTA) 16 titulunu əldə edib. Belarusiyalı tennisçi əvvəllər üç Böyük Dəbilqə turnirinin qalibi olub.

ABŞ Açıq çempionatı mövsümün dördüncü və sonuncu Böyük Dəbilqə turniridir. Turnirin ümumi mükafat fondu 75 milyon dollardır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.