Məğlubedilməz Nurməhəmmədov çempion titulunu qorudu

8-09-2024, 16:44           
Məğlubedilməz Nurməhəmmədov çempion titulunu qorudu
Rusiyalı qarışıq döyüş ustası (MMA) Usman Nurməhəmmədov həmyerlisi Aleksandr Şabliyi məğlub edərək, yüngül çəkidə Bellator çempionu titulunu qoruyub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, turnir San Dieqoda (Kaliforniya, ABŞ) baş tutub.

Mübarizə hakimlərin yekdil qərarı ilə Nurməhəmmədovun qalib gəlməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Usman Nurməhəmmədov "Ultimate Fighting Championship" (UFC) kəmərinin keçmiş sahibi Həbib Nurməhəmmədovun əmisi oğludur. 2023-cü ildə o, antidopinq qaydalarını pozduğuna görə altı ay müddətinə diskvalifikasiya edilib, lakin Bellator titulunu qoruyub.

Nurməhəmmədov ikinci dəfə yüngül çəkidə öz titulunu müdafiə edib. Ümumilikdə, 26 yaşlı idmançının 18 qələbəsi var və heç bir məğlubiyyəti yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru