Almaniyada paralimpiyaçılarla bağlı zarafata görə veriliş bağlandı

9-09-2024, 16:54           
Almaniyada paralimpiyaçılarla bağlı zarafata görə veriliş bağlandı
Almaniyanın "Sat.1" telekanalı aparıcı Lük Mokricin paralimpiyaçılarla bağlı zarafatına görə yeni "Qutuda nə var?" (Was ist in der Box?) verilişinin yayımını ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bu qərara səbəb Mokricin üzgüçülüklə məşğul olan paralimpiyaçılar haqqında etdiyi zarafat olub.

"Hovuza atılan ayaqları və qolları olmayan insanlar var və sonuncu boğulan qalib gəlir" , - o zarafatı edib.

Yaranmış qalmaqaldan sonra aparıcı üzr istəyib və bildirib ki, bu zarafatı etməzdən əvvəl paralimpiya idmançıları və digər komediyaçılarla məsləhətləşib. Onun ictimaiyyət qarşısında üzr istəməsinə baxmayaraq, kanal rəhbərliyi verilişi yayımlamamaq qərarına gəlib.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Paralimpiya Oyunları avqustun 8-də başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru