Paris-2024: Paralimpiyaçılarımızın növbəti qrupu vətənə qayıtdı

10-09-2024, 16:44           
Paris-2024: Paralimpiyaçılarımızın növbəti qrupu vətənə qayıtdı
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.

Oxu.Az xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:16-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Hava limanında onları Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Gələn idmançılar arasında paralimpiya birinciləri Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov, habelə turnirin gümüş və bürünc mükafatçıları - Raman Saley, İlham Zəkiyev və Vəli İsrafilov da var.

Xatırladaq ki, daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.

Qeyd edək ki, 169 ölkənin mübarizə apardığı Paris-2024 Yay Paralimpiya Oyunlarını Azərbaycan millisi 28-ci pillədə başa vurub. 18 paralimpiyaçı ilə iştirak edən yığmamız 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.