Holand rekorda bir addım qaldı

10-09-2024, 10:26           
Holand rekorda bir addım qaldı
Norveç UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turu çərçivəsində Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.

Fanat.az "Opta"-ya istinadən xəbər verir ki, skandinaviyalıların hesabında qələbə qolunu vuran Erlinq Holand rekorda bir addım qalıb.

İndi onun millidə 35 oyunda 32 qolu var. Rekord isə 1928-1937-ci illərdə yığma komandada çıxış edən və 45 matçda 33 qol vuran Yergen Yuveyə məxsusdur.

Başqa sözlə, Holand daha bir qol vursa, rekorda şərik olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.