PSJ Mbappeyə 55 milyon avro ödəməyə məcbur edilib

13-09-2024, 16:04           
PSJ Mbappeyə 55 milyon avro ödəməyə məcbur edilib
Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini – 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.

Bu barədə “Le Parisien” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.

Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edib və bu yay klubla müqaviləsi başa çatandan sonra “Real Madrid”ə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru