"Real Madrid" PSJ deyil" - Ronaldu Mbappenin transferini şərh etdi
13-09-2024, 16:24
Məşhur portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Real Madrid"in yeni futbolçusu Kilian Mbappe haqqında danışıb. Beş dəfə "Qızıl Top"un sahibi qeyd edib ki, Madriddə Mbappe üzərində təzyiq PSJ-də olduğundan qat-qat çoxdur. Buna baxmayaraq, Ronaldu Kilianın yeni komandasında uğur qazanacağına inanır.
"Mbappe? "Real Madrid" PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq" , - Kriştianu özünün "YouTube" kanalındakı yeni videoda bildirib.
Hazırda Mbappe yeni komandası ilə bütün turnirlərdə beş matçda iştirak edib və üç qol vurub. Futbolçunun klubla əmək müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Mbappenin bazar dəyəri 180 milyon avrodur. championat.com